Qəzzada itkilər artıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün İsrail ordusu Qəzza zolağının müxtəlif bölgələrini yenidən bombalayıb.
Məlumata görə, təkcə Qəzzada yardım gözləyən fələstinlilərin atəşə tutulması nəticəsində 14 nəfər həlak olub: "Bununla yanaşı, Xan Yunisdə Beni Suheyl qovşağına yaxın ərazidə İsrailin hava hücumu nəticəsində daha üç fələstinli həlak olub".
Tahir Şəlvəli
MİA.AZ