Super Liqa komandalarından "Kasımpaşa" hollandiyalı sol cinah müdafiəçisi Qodfrid Frimponqun transferini açıqlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu barədə açıqlama yayıb.
"Yeni transferimiz Qodfrid Frimponqla 2+1 il müddətində müqavilə imzaladı", - deyə açıqlama verən klub onun maaşı haqqında məlumat verməyib.
Frimponq ötən mövsüm Portuqaliyanın "Moreirense" komandasının heyətində 33 matçda iştirak edib.
Fərid
MİA.AZ