İspaniyanın "Vilyarreal" klubu azad agent Tomas Parteyi heyətinə qatıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Klub açıqlama yayıb.

Qeyd edilib ki, 32 yaşlı qanalı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki,  “Atletiko Madrid”, “Malyorka” və “Almeriya” klublarında çıxış edən Partey “Arsenal”dan sonra klubsuz qalımışdı.

Partey "Arsenal"ın heyətində 167 oyuna çıxıb, 9 qol vurub.

Fərid

MİA.AZ