"Beşiktaş"ın baş məşqçisi Ole Qunnar Solskjaer "Sent Patrick's"ə 4:1 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o,açıqlamalarında deyib:

"İlk hissədə çox yaxşı oynadıq. Futbolçularımız nə edəcəklərini bilirdilər. Onlar diqqətlərini cəmləməli olduqlarını bilirdilər. Matça əla başladıq. Deyə bilərəm ki, biz buna layiq idik. İkinci hissədə sistemini dəyişdilər və bizi itələməyə çalışdılar. Deyə bilərəm ki, ikinci hissə bəzi oyunçularım üçün çox yaxşı öyrənmə fürsəti oldu. Qazandığımız üçün xoşbəxtəm."

Fərid

MİA.AZ