"Sivasspor" braziliyalı sağ cinah oyunçusu Luan Kamposla anlaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, 23 yaşlı futbolçu onu qırmızı-ağ rənglərə bağlayan müqaviləni imzalayıb.

19 mart 2002-ci ildə Braziliyada anadan olan Luan Kampos futbol karyerasına Marilia-SP-də oynamağa başlayıb. O, Palmeiras, Amerika və nəhayət, Ukraynanın Veres Rivne komandasında top qovub.

Fərid

MİA.AZ