İsrail ordusu Livanın cənubundakı Nəbatiyə şəhərinə hava zərbələri endirib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Livanın NNA xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu hava hücumları ilə Litani çayı yaxınlığındakı Deyr Seryan qəsəbəsinin şimal hissələrini bombalayıb: "Nəticədə bölgədəki tikinti təyinatlı texnikaın olduğu qaraj alovlanıb, yaralılar var. Bundan başqa, Deyr Seryan şəhəri və əl-Qantaranın ətrafı da bombalanıb"

Agentlik digər bölgələrdəki itkiləri açıqlamayıb.

Tahir Şəlvəli
MİA.AZ