Qanada helikopter qəzaya uğrayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Aşanti əyalətində baş verib.
Bildirilir ki, qəza nəticəsində ikisi nazir olmaqla 8 nəfər həlak olub.
Qana Silahlı Qüvvələri faktı təsdiqləyib: "Qəza nəticəsində 8 nəfər həlak olub. Ölənlər arasında iki nazir və prezidentin müşaviri Samuel Sarponq da var".
Tahir Şəlvəli
MİA.AZ