“Trabzonspor” yarımmüdafiə xəttini gücləndirməyi planlayır.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Bordo-mavili komanda "Valensiya"nın futbolçusu Andre Almeyda ilə maraqlanır.
Trabzonspor portuqaliyalı oyunçunu razı salmaq üçün səy göstərməyə başlayıb.
25 yaşlı yarımmüdafiəçi ötən mövsüm La Liqada 34 oyunda 4 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ