İngiltərənin "Tottenhem" klubu Almaniyanın "Bavariya" klubundan Joao Palhinyanı icarəyə götürüb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Bildirilib ki, 30 yaşlı yarımmüdafiəçi ilə 2025/26 mövsümünün sonuna qədər müqavilə imzalanıb.

"Bavariya" ilə 2028-ci il iyunun 30-dək müqaviləsi olan Palhinya ötən mövsüm bütün yarışlarda 25 matçda meydana çıxıb və Bundesliqa çempionu olub.

Fərid

MİA.AZ