Azərbaycanda isti hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a bildirilib ki, avqustun 4-ü saat 9:00-a olan məlumata əsasən, havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 41, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.