“Əgər bu, məndən asılı olsaydı, İranda neftini ələ keçirərdim, onu əlimdə saxlamaq istərdim. Çünki çoxlu pul qazanardım. Bunun üçün bir az da müharibəni davam etdirməklə lazım idi. Təəssüf ki, Amerika xalqı bizim evə - geri dönməmizi istəyir".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp cari məsələlərlə bağlı jurnalistlərə açıqlamasında deyib.

O, ABŞ və İran arasında mümkün razılaşma prosesinin müsbət şəkildə irəlilədiyini iddia edib: “Yaxın günlərdə nə olacaq, bunu gözləyib, görəcəyik".

Tramp daha sonra bölgədəki kürd qrupları vasitəsilə İrandakı etirazçılara çoxlu silah göndərdiklərini də sözlərinə əlavə edib. Lakin o, qeyd edib ki, bu silahların təyinat yerinə çatmayıb: "Biz iranlılara bəzi silahlar göndərdik, bunlar İran xalqına çatmalı idi. Lakin silahları çatdırdığımız bölgədəki kürd qrupları onları özləri üçün saxladılar. Mən onlara çox qəzəbliyəm və onlar bunun üçün çox pul ödəyəcəklər. Əgər İran xalqının silahları olsaydı, küçələrə çıxıb özlərini müdafiə edəcəkdi və bu zaman İran rekimi iki saniyə ərzində təslim olardı…”.

Yeri gəlmişkən, İran 2 həfətlik atəşkəs istəyinə "yox" deyib.

Samir MUSAYEV
MİA.AZ