Bu gün ABŞ və İsrail Urmiyanı bombalayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Qərbi Azərbaycan əyalətinin Böhran İdarəetmə Baş direktoru Hamed Saffari yerli və xarici telekanallara açıqlama verib.

Onun sözlərinə görə, Urumiya Hava Limanı və bölgədə daha bir neçə mülki obyektlər vurulub: “ABŞ və sionist düşmən tərəfindən atılan raketlər dağıntılara yol açıb. İtkilər hələ tam bəlli deyil. Ərazilərə təcili yardım briqadaları  göndərilib”

Digər məlumatda isə deyilir ki, Xurrəmşəhr şəhərindəki iki gəmiqayırma zavodu yenidən hava hücumlarına məruz qalıb.

Tahir Şəlvəli
MİA.AZ