İngiltərənin "Çelsi" klubu "Ayaks"dan gənc sol cinah müdafiəçisi Jorrel Hatonu transfer edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, klubdan verilən açıqlamada 19 yaşlı futbolçu ilə 2032-ci ilə qədər müqavilə imzalandığı bildirilib.

"Ayaks"ın gənclər akademiyasından əsas komandanın heyətinə keçən Hato 111 oyunda 4 qol vurub.

İngiltərə mətbuatının xəbərinə görə, transfer 43 milyon avroya başa gəlib.

Fərid

MİA.AZ