Braziliyanın "Flamenqo" komandası Rusiyanın "Dinamo Moskva" komandasından kolumbiyalı futbolçu Xorxe Karraskalla müqavilə bağlayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, "Flamenqo" klubu 27 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 4 illik müqavilə imzaladığını açıqlayıb.

Transferin 12,5 milyon avroluq transfer haqqı ilə edildiyi iddia edilib.

Karraskal ötən mövsüm "Dinamo Moskva" 35 oyuna çıxıb, 8 qol vurub.

Fərid

MİA.AZ