Adı "Fənərbağça" da daxil olmaqla bir çox komandaya transferdə hallanan Brahim Diazın gələcəyi bəlli olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Mərakeşli futbolçu "Real"la yeni müqavilə imzalayacaq.
26 yaşlı futbolçu Madriddən ayrılmaq istəməyib. Komandanın bütün şərtlərini qəbul edən Diazın imza atmağa hazır olduğu bildirilib.
Real Madrid, 2018-19 mövsümün yarısında "Manchester City"dən Brahim Diazı 17 milyon avroya transfer etmişdi.
Ötən mövsüm Diaz bütün turnirlərdə 56 oyuna çıxıb, 6 qol vurub və 8 məhsuldar ötürmə verib.
Fərid
MİA.AZ