"Anderlext" Yasin Özcanın "Aston Villa"dan icarəyə götürüldüyünü açıqlayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Belçika liqasının təmsilçisindən verilən açıqlamada 19 yaşlı müdafiəçi ilə 1 illik müqavilə imzalandığı bildirilib.
Müqavilə imzalandıqdan sonra açıqlama verən "Anderlext"in idman direktoru Olivier Renard, "Yasin Özcan sol ayaqlı müdafiəçidir və sol cinah müdafiəçisi kimi də oynaya bilər. O, axtardığımız profilə uyğundur." dedi.
Fərid
MİA.AZ