Türkiyənin “Göztəpə” komandaıs 30 yaşlı braziliyalı müdafiəçi Ruan Qreqorio Teyşeyra ilə əl sıxışıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klub bu transferlə bağlı açıqlama yayıb.
Açıqlamada deyilir:
"Ruan Qreqorio Teyşeyra sarı-qırmızılı komandamızla 1+1 illik müqavilə imzalayıb. Biz Ruanı ailəmizin ən yeni üzvü kimi bir daha salamlayır və ona şanlı formanımızda uğurlar arzulayırıq."
Fərid
MİA.AZ