Messi ABŞ, Meksika və Kanada komandalarının qatıldığı turnirdə zədələnib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İkinci həftənin matçında “İnter Mayami” ilə Meksikanın “Nekaxa” komandaları üz-üzə gəlib.
O, matçın 11-ci dəqiqəsində zədələnərək oyundan çıxarılıb.
"İnter Mayami"nin baş məşqçisi açıqlamasında "Ciddi bir şey yoxdur, sadəcə özünü rahat hiss etmirdi" dedi.
2023-cü ilin yayında "İnter Mayami"yə transfer olunan Messi 70 matçda 58 qol vurub, 27 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ