Allan Saint Maksimin yeni klubu ilə müqavilə imzalamağa hazırlaşır.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, 28 yaşlı cinah oyunçusu Meksikanın "Club America" komandası ilə anlaşıb.
"Club America" Maksimin transferi üçün Səudiyyə komandasına 12 milyon dollar transfer haqqı ödəyəcək.
Fransız futbolçu yeni komandası ilə 5 illik müqavilə imzalayacaq.
Fərid
MİA.AZ