Türkiyədə təyyarə qəzaya uğrayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Bakı vaxtilə saat 20.20-də Adanada baş verib.
Bildirilib ki, təlim təyyarəsinin qəzaya uğraması nəticəsində bir pilot və sərnişin xəsarət alıb.
Adana valisi Yavuz Səlim Köşger deyib ki, özəl aviasiya şirkətinə məxsus "Ultra Light" sinifli təlim təyyarəsi Yüreğir rayonunun Özler məhəlləsinə düşüb: "Qəza nəticəsində pilot Burak Yürekli və sərnişin Şeyda Doğan yaralanıblar".
Samir MUSAYEV
MİA.AZ