"Beşiktaş" UEFA Avropa Liqasının 2-ci Təsnifat mərhələsinin cavab oyununda "Şaxtyor Donetsk"ə 2-0 hesabı ilə uduzaraq mübarizədən kənarlaşdırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ole Qunnar Solskjaer oyundan sonra jurnalistlərə açıqlama verib:

"İstefa verməyi fikirləşmirəm. Komandanın tam hazır olması üçün bir az vaxt lazımdır. Başladığımızdan bəri yeni komanda qururuq. Abraham və Orkun gəldi. Keçən il dördüncü olduq. Bu il daha yaxşı nəticələr və kuboklar üçün mübarizə aparacaq komandaya can atırıq. UEFA Avropa Liqasından kənarlaşdırıldıq. Qarşıda bizi UEFA Konfrans Liqası gözləyir. Daha bir kubok qazanmaq potensialına malik daha bir çempionatımız var. Məqsədimiz kuboklar uğrunda mübarizə aparan komanda yaratmaqdır."

Fərid

MİA.AZ