"Kasımpaşa" İtaliyanın Bolonya komandasından Andri Fannar Baldurssonu heyətinə cəlb edib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İstanbul təmsilçisi gənc futbolçu ilə 3 illik müqavilə imzalayıb.
2002-ci il təvəllüdlü Baldursson son olaraq İtaliyanın "Bolonya" klubunda çıxış edib. O, klubda 114 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
Fərid
MİA.AZ