"Beşiktaş"ın yarımmüdafiəçisi Kerem Atakan Kesginlə vidaaşıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klubdan açıqlama verilib:

"Peşəkar futbolçumuz Kerem Atakan Kesgin "Sivasspor"a transfer olunub. Klubumuza verdiyi töhfələrə görə Kerem Atakan Kesginə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayırıq"

Qeyd edək ki, 2022-2023 mövsümü üçün "Sivasspor"dan "Beşiktaş"a keçən 24 yaşlı futbolçu "ağ-qaralar"ın heyətində ümumilikdə 8 matçda forma geyinib.

Onu da qeyd edək ki, "Beşiktaş" Kerem Atakan Kesgini "Fatih Karagümrük", "Sivasspor" və "Bandırmaspor"a icarəyə vermişdi.

Fərid

MİA.AZ