"Fənərbağça" "Vulverhempton"la yollarını ayıran Nelson Semedonu heyətinə qatıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə klub açıqlama verib:

"Nelson Semedo klubumuzla transfer danışıqlarını davam etdirmək və tibbi müayinədən keçmək üçün İstanbula gəlir."

Xatırladaq ki, "Benfika"dan "Barselona"ya 35 milyon avroya keçən Semedo 32 milyon avroya "Vulverhempton"a transfer olunmuşdu.

31 yaşlı futbolçu "Vulverhempton"un heyətində Premyer Liqada 165 oyuna çıxıb, 1 qol vurub və 9 məhsuldar ötürmə edib.

Fərid

MİA.AZ