Sunami Kaliforniya ştatının sahillərinə çatıb.

Bu barədə ABŞ-nin Meteoroloji Xidməti məlumat yayıb.

Sakinlərə çimərliklərdən uzaq durmaq tövsiyə olunub.

Kresent-Siti şəhərində 30 sm-dən çox hündürlükdə dalğa qeydə alınıb. Yaxın vaxtlarda yeni dalğalar gözlənilir.

Xidmətin məlumatına görə, bu ərazidə sunami riski yüksəkdir.

ABŞ-nin qərb sahillərinin qalan hissəsində də sunami xəbərdarlığı elan edilib./Report