ABŞ Prezidenti Donald Tramp Alyaska, Havay və ABŞ-nin Sakit okean sahilində sunami təhlükəsi barədə xəbərdarlıq edib.
O, bu barədə “Truth Social” şəbəkəsində yazıb.
"Sakit okeanda baş verən güclü zəlzələ ilə əlaqədar bütün Havay sakinləri üçün sunami xəbərdarlığı qüvvədədir. Alyaska və ABŞ-nin Sakit okean sahilində mümkün sunamilərlə bağlı müşahidə aparılır. Yaponiya da təhlükə altındadır", - o qeyd edib.
Daha əvvəl verilən məlumata görə, ABŞ sahil mühafizəsi Kamçatkada güclü zəlzələdən sonra sunami təhlükəsi səbəbindən Havay ştatında bütün gəmilərə limanları tərk etməyi tapşırıb./Report