Türkiyənin Bursa şəhərində meşə yanğınları ilə əlaqədar həbslər davam edir.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Bursa bələdiyyə sədri Mustafa Bözbəy açıqlama verib.
O bildirib ki, Bursada dörd gündür davam edən meşə yanğınları ilə bağlı 4 nəfər həbs edilib.,
Onun sözlərinə görə, yanğının altı fərqli bölgədə başlaması böyük şübhə oyadıb və bundan sonra dərin araşdırma başlayıb: "Aydın olub ki, yanğına qəsdən və ya bilməyərəkdən səbəb olanlar var. Onlardan 4-ü saxlanılıb. Əməliyyat davam edir".
Lamiyə Əhmədli
MİA.AZ