Çində güclü yağış selə çevrilib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Çin hökuməti açıqlama yayıb.

Bildriilib ki, güclü yağış paytaxt Pekində həyatı iflic edib: "Güclü yağış sel, daşqın və digər fəlakətlər yaradıb. Nəticədə Pekinin Miyun rayonunda 28, Yançenq rayonunda isə 2 nəfər ölüb, onlarla insan itkin düşüb. Ümumilikdə 80332 nəfər təxliyə olunub. Aramsız yağan leysan magistralları sıradan çıxarıb, bəzi ərazilərdə də elektrik enerjisi kəsilib".

Məlumatda deyilir ki, itkin düşənlərin axtarış-xilasetmə işləri davam edir.

Tahir Şəlvəli
MİA.AZ