Almaniyanın Baden-Vürtemberq əyalətində Riedlingen yaxınlığında sərnişin qatarı relsdən çıxıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə nəticəsində 3 nəfər ölüb, yaralananlar var
Almaniyanın DPA xəbər agentliyi yazıb ki, hadisə yerinə çoxlu sayda axtarış-xilasetmə qrupları göndərilib.
Federal Polisdən bildirilib ki, Siqmaringendən Ulmaya gedən qatarda təxminən 100 sərnişin olub: "Hadisə böyük ehtimalla əlverişsiz hava ilə əlaqədar olub..."
Firudin Səfərli
MİA.AZ