ABŞ-ın Kolumbiya Universiteti gözlənilməz addım atıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, universitet rəhbərliyi keçən il kampusda Fələstinə dəstək etirazlarına liderlik edən tələbələri qovub.
Məlumatda deyilir ki, Kolumbiya Universiteti ABŞ hökumətinin büdcədən ayrılmış 400 milyon dollar maliyyə vəsaitinin kəsilməsindən sonra belə radikal qərar qəbul edib: "Universitet rəhbərliyi bu qərarın ləğvi üçün Fələstinə dəstək verən tələbələrə qarşı intizam tədbirlərini sərtləşdirib və qeyd edilən addımı atıb".
Məlumatda qovulan tələbələrin sayı açıqlanmayıb. Lakin bildirilib ki, qovulan tələbələrlə yanaşı bir qrup tələbə isə cəza olaraq bir ildən üç ilədək müddətə təhsildən uzaqlaşdırılıb.
Samir MUSAYEV
MİA.AZ