Yunanıstanın Peloponnes bölgəsində meşə yanğını baş verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, güclü yanğının böyüməsi səbəbindən Kastaniya kəndinin əhalisi təxliyə olunub.
Yunanıstanın dövlət televiziyası ERT-nin məlumatına görə, yanğın artıq kəndi təhdid etməyə başlayıb: "Bir neçə tikli yanıb..."
Korinthos Region Qubernatorunun müavini Anastasios Gölis ERT-yə bildirib ki, yanğın meşəlik ərazidə baş verdiyi üçün yanğınsöndürənlər müdaxilə etməkdə çətinlik çəkirlər: "Təəssüf ki, yanğını hələ də nəzarət altına almaq mümkün olmayıb...".
Lamiyə Əhmədli
MİA.AZ