Rusiyada xidməti məlumatları üçüncü şəxslərə ötürən polis əməkdaşları saxlanılıb.

Bu barədə DİN-in rəsmi nümayəndəsi İrina Volk sosial şəbəkələrdə məlumat verib.

"Rusiya DİN-in əməliyyatçıları daxili işlər orqanlarının ərazi bölmələrinin bir neçə əməkdaşının qanunsuz fəaliyyətinin qarşısını alıb. Saxlanılanlar xidməti vəzifələrinin icrası çərçivəsində onlara məlum olan məlumatları üçüncü şəxslərə ötürüblər", - o qeyd edib.

Hüquq-mühafizə orqanlarında bildirilib ki, söhbət məlumatların “Baza” Telegram-kanalının əməkdaşlarına ötürülməsindən gedir./ Report