ABŞ-ın İsraildəki səfiri Mike Huckabee Böyük Britaniya, Fransa və Kanada da daxil olmaqla 25 ölkənin İsraili Qəzza zolağındakəı savaşı dayandırması tələbinə gözlənilməz reaksia verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, səfir Qəzza zolağında “dərhal, qeyd-şərtsiz atəşkəs”ə çağıran birgə bəyanatı qəuledilməz sayıb.
Səfir daha sonra bir qədər də irəli gedərək, 25 ölkənin tələbini “iyrənc” adlandırıb: "Böyük Britaniya, Fransa və Kanada başda olmaqla, 25 ölkə HƏMAS yerinə, İsrailə təzyiq edir. Bu iyrəncdir. HƏMAS atəşkəs təklifini rədd edir. Burada İsraili günahlandırmaq məntiqsiz və qəbuledilməzdir".
Xatırladaq ki, 25 ölkə İsrailin Qəzza zolağında 21 aydır davam edən savaşı dayandırmasını və bölgəyə humanitar yardım axınını təmin etməyə çağırıb.
Tahir Şəlvəli
MİA.AZ