İranın cənub-qərbində yerləşən Abadan şəhərində neft emalı zavodunda yanğın olub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda İran dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, neft emalı zavodunun 75-ci blokunda baş verən yanğında bir nəfər ölüb.
Neftayırma Zavodları və Paylayıcı Şirkətdən bildirilib ki, yanğın yanğınsöndürənlər tərəfindən tam nəzarətə götürülüb: "Səbəb araşdırlır".
İran rəsmiləri təxribat ehtimalını rədd edirlər.
Tahir Şəlvəli
MİA.AZ