Türkiyədə əfqanıstanlı qanunsuz miqrantlar tutulub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, onlar Çanaqqalanın Ayvacık rayonunda Sahil Təhlükəsizlik Komandanlığı tərəfindən hərəkətdə olan rezin qayıqda saxlanılıblar.

Məlumata görə, komandanlığa bağlı olan “TCSG-84” gəmisinin əməliyyat bölgəsində 18-i uşaq olmaqla saxlanılan 38 Əfqanıstan vətəndaşı Miqrasiya Xidmətinə təhvil evrilib: "Onlar müvafiq sənədləşmələrdən sonra deport olunacaqlar".

Firudin Səfərli
MİA.AZ