İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində daha əvvəl öldürdüyü fələstinlilərə məxsus evləri partlayıcılarla partladıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin mediası yazıb.
Bildirilib ki, hadisə Cenin Kabatiya qəsəbəsində baş verib: "İsrail hərbçiləri bulduzerlərlə qəsəbəyə daxil olaraq Mohammed Nizal, Mohammed Zakarine və Vail Lahluhun Kabatiyadakı evlərini dağıdıb, daha sonra isə partlayıcılardan istifadə etməklə evlərini partladıb. Söküntülərə etiraz edən Kabatiya sakinləri ilə İsrail hərbçiləri arasında toqquşma olub, yaralananlar var".
Xatırladaq ki, İsrail ordusu keçən il müxtəlif tarixlərdə adıçəkilən üç fələstinlini israillilərə hücumda ittiham edərək güllələyib.
Tahir Şəlvəli
MİA.AZ