Ərəb Liqası İsrailin fələstinliləri Qəzzanın cənubundakı kiçik düşərgəyə toplamaq planını kəskin şəkildə pisləyib.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu, liqa üzvlərinin birgə bəyanatında bildirilib.
Bəyanatda İsrailin fələstinlilərlə sözügedən planı şiddətlə qınanıb: "İsrailin humanitar şəhər olaraq xarakterizə etdiyi planın insanlıq və şəhərlə heç bir əlaqəsi yoxdur. Əksinə, etnik təmizləmə, Qəzza zolağının daimi işğalı və qanunsuz məskunlaşma üçün hazırlanmadır"
Tahir Şəlvəli
MİA.AZ