İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində yeni əməliyyat keçirib.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə Fələstin Əsirlər Dərnəyi açıqlama yayıb.
Qeyd edilib ki, Nablus, Silfit, Qalkilya, Cenin, Tulkarim, Hebron və Bethlehem şəhərlərində qanunsuz aparılan axtarışlar zamanı xeyli evə basqın olunub: "Ümumilikdə 35 nəfər tutularaq aparılıb"
Məumatda o da deyilir ki, hazırda İsrail həbsxanalarında 50-si qadın, 450-si uşaq omaqla, 10 min 800 fələstinli var.
Tahir Şəlvəli
MİA.AZ