İordaniyadan Qəzza zolağına humanitar yardım aparan yük maşınlarına hücum olunub.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə İordaniyanın Əl-Mamleka telekanalı məlumat yayıb.
Bildirilib ki, onlar humanitar yardım aparan onlarla yük maşınına hücum edərək, onlara ciddi zərər vurublar: "Bu səbəbdən Qəzzaya getmək üçün yola çıxan 50 TIR-dan 21-i ünvana çata bilməyib. 29 yük maşını isə mühafizə olunaraq, 24 saat gecikməylə Qəzzaya yetişdirilib"
İsrail mediası faktı təsdqiləyib. Bildirilib ki, hücümu "Əmir 9" qruplaşmasının üzvləri həyata keçirib.
Xatyırladaq kİ, “Əmir 9” ekstremist təşkilat hesab olunur.
Samir MUSAYEV
MİA.AZ