Türkiyənin daha bir bölgəsində meşə yanğını başlayıb.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Konya şəhərinin Doğanhisar rayonunda başlayan meşə yanğınına havadan və qurudan müdaxilə edilir.
Məlumata görə, Güvendik məhəlləsinin Davras ərazisi yaxınlığındakı güclənən yanğının söndürülməsinə yerli sakinlər dəq atılıblar: "Bundan başqa, Antalyadan bölgəyə yanğınsöndürmə helikopteri və əlavə daha iki helikopter göndərilib".
Firudin Səfərli
MİA.AZ