Türkiyə ordusu İraqda silah dolu yeni mağara aşkarlayıb.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi açıqlaama yayıb.
Bildirilib ki, Türkiyə Silahlı Qüvvələri İraqın şimalında axtarış-təmizləmə əməliyyatlarını davam etdirir: "Bu çərçivədə "Pəncə-Kilid" əməliyyatı bölgəsində aparılan axtarışlar zamanı 1800 metr uzunluğunda və bir-birlərinə keçidlərlə bağlanan mağaralar aşkarlanıb. Həmin mağaraların hamısında silah-sursat olub..."
Nazirikdən bildirib ki, silahlar götürülüb, mağara isə yararsız hala salınıb: "Axtarış-təmizləmə əməliyyatları fasiləsiz davam edir".
Tahir Şəlvəli
MİA.AZ