Bu gün UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda "Sabah" "Sele" ilə qarşılaşıb.
Mia.az xəbər verir ki, komandamız son dəqiqə qolu ilə məğlub olub - 2:3
Oyuna gəldikdə hesabı komandamız açıb. 3-cü dəqiqədə Pavol Şafranko qapı torunu silkələyib.
7-ci dəqiqədə rəqib hesabı bərabərləşdirib - 1:1.
18-ci dəqiqədə "Sabah" yenə önə çıxıb - 2:1.
"Sele" 48-də hesaba tarazlıq gətirib - 2:2.
Darko Hrka isə 90+3-də qələbə qoluna imza atıb. Beləliklə, rəqib cavab oyununa üstün çıxacaq.
Xatırladaq ki, cavab oyunu iyulun 17-də Sloveniyada keçiriləcək.
Fərid
MİA.AZ