Türkiyənin Adıyaman Bələdiyyə sədri , CHP üzvü Abdurrahman Tutdere haqqında açılan cinayət işi ilə əlaqədar vəzifəsindən uzaqlaşdırılıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, barəsində ev dustaqlığı qərarı olan bələdiyə sədri haqqında bu qərar Konstitusiyanın 127-ci maddəsinə və 5393 saylı Bələdiyyə Qanununun 47-ci maddəsinə uyğun olaraq verilib.

Samir MUSAYEV
MİA.AZ