SOCAR Türkiyənin I Liqa komandası olan “İğdır”ın sponsoru olub.
Bu barədə qurumun Türkiyədəki törəmə şirkəti - “SOCAR Türkiye” məlumat yayıb.
Klubla müqavilə müddəti 2025/2026 mövsümünü əhatə edəcək. Müqaviləyə əsasən rəsmi oyunlarda şirkətin loqosu futbolçuların formalarının ön hissəsində yer alacaq.
Qeyd edək ki, şirkət eyni zamanda Türkiyə Super Liqası təmsilçisi “Qalatasaray”a da sponsorluq edir.