İsrailin Qəzzaya qarşı son 24 saatda həyata keçirdiyi hücumlarda ölənlərin sayı açıqlanıb.

Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə Fələstinin Səhiyyə Nazirliyindən verilən məlumata görə son sutkada bölgədə daha 105 nəfər öldürülüb, 530 yaralanıb.

Məlumatda deyilir ki, bununla da 2023-cü il oktyabrın 7-dən etibarən bəri Qəzzada ölənlərin sayı 57 680 nəfərə, yaralıların sayı isə 137 409 nəfərə yüksəlib.

Tahir Şəlvəli
MİA.AZ