"Rizəspor" 2025-2026 mövsümü üçün "Qalatasaray"dan Halil Dərvişoğlunu icarəyə götürdüklərini açıqlayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, klubdan verilən açıqlamada bu sözlərə yer verilib:

"Rizəspor" "Qalatasaray"dan Halil Dərvişoğlunu 1 illik icarəyə götürüb. "Qalatasaray"la futbolçu arasında razılıq əldə olunduqdan sonra təcrübəli futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb. Yeni müqaviləmiz olan Halil Dərvişoğlunu salamlayır və ona uğurlar arzulayırıq. Futbolçu karyerasına Hollandiyada başlayan, eyni zamanda milli komandamızda müxtəlif səviyyələrdə çıxış edən Halil Dərvişoğlu "Qalatasaray", "Hatayspor" və "Qaziantep FK"da Super Liqada çıxış edib."

Fərid

MİA.AZ