Həbsdə olan Gəncə Regional İcma Mərkəzinin rəhbəri Asəf Əhmədovla bağlı daha bir qərar qəbul edilib.
Mia.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi onun barəsindəki həbs qərarını daha 3 ay uzadıb.
Qeyd edək ki, o, QHT-lərə xaricdən ayrılmış qrantla bağl həbs edilib və barəsində Cinayət Məcəlləsinin 192.2.2-ci (Külli miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 213.1-ci (Vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) ittihamı irəli sürülüb.