"Biz Qəzza zolağına hücumları davam etdirəcəyik. Əməliyyat dayanmayacaq".
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, HƏMAS-la əsirlərin dəyişdirilməsi və atəşkəs danışıqlarının getdiyi bir məqamda bu bəyanatı İsrailin Baş naziri Benyamin Netanyahu verib.
O, Qəzzadakı əməliyyatın davam etdirilməsində qərarlı olduqlarını təkralayıb: "Onlar (HƏMAS yaralılarını nəzərdə tutur -Mia.az) Qəzza zolağının şimalında bizim 5 əsgərimizi öldürüb. Bu, İsrail xalqı üçün çətin bir gündür. Lakin qətiyyətli bir gündür, Əməliyyatımız daha sərt şəkildə məqsədinə çatana qədər davam edəcək. bizimməqsədimiz aydındır: bütün girov və əsirlərin azad edilməsini təmin etmək, HƏMAS-ın hərbi və inzibati imkanlarını yox etmək və Qəzzanın İsrail üçün artıq təhlükə yaratmamasına nail olmaq. HƏMAS bir daha burada mövcud olmayacaq"
Tahir Şəlvəli
MİA.AZ