"Mançester Yunayted"in əfsanəvi futbolçusu Rio Ferdinand nigeriyalı hücmçu Viktor Osimhenin "Qalatasaray"a keçmə ehtimalını ağlasığmaz sayıb.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, o, Osimhenin müdhiş hücumçu olduöunu və onun "Qalatasaray"a mümkün transferini duyduqca, qəzəb ləndiyini gizlətməyib.
Əfsanəvi futbolçu deyib: "Osimhen mərkəz hücumçusudur, təcrübəlidir, hər nöqtədən inanılmaz qol vurmağı bilir. Bu gün xəbərlərdə ona "Qalatasaray"ın 50 milyon funt-sterlinq təklif etdiyini gördüm. Deməli, dünyanın ən yaxşı hücumçularından biri olan dünya səviyyəli bir hücumçunü almaq üçün 50 milyon funt-sterlinq? Bu, bugünkü bazarda şübhəsiz ki, çox kiçik bir məbləğdir. Özü də "Mançester Yunayted"ə keçid fürsəti dura-dura, o, bu pul üçün "Qalatasaray"a getsə, mən dəli olaram. Bu, böyük bir məyusluq olar".
Fərid ASLAN
MİA.AZ