Türkiyə prezidenti Ərdoğanın məhkəməyə verdiyi CHP sədri Özgür Özəlin deputat toxunulmazlığı götürülür.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu gün başda CHP sədri Özgür Özəl olmaqla, İYİ Partiyanınparlanment fraksiyasının sədr müavini Turhan Çömez və CHP-nin İstanbuldan deputatıi Turan Taşkın Özerin toxunulmazlıqlarının ləğvi ilə bağlı vəsatətlər Böyük Millət Məclisinin (parlamentin - oxu) Konstitusiya və Ədalət Birgə Komissiyasına göndərilib.

Məclis sədrliyinin təqdimatına yaxın vaxtlarda baxılacaq.

Məlumata görə, əgər toxunulmazlıq götürülərsə, o zaman CHP liderinin həbsi gündəmə gələcək.

Xaytırladaq ki, Özgür Özəl iyulun 5-də Ərdoğanı sərt dillə tənqid edib.  

Bundan sonra Ərdoğan onunla bağlı Ankara Asliye Məhkəməsinə ümraciət edib,  500 min lirə təzminat tələbi qaldırıb. Paralel olaraq CHP sədrinə prezidenti təhqir etmək, cəmiyyətdə xaos yaratmağa cəhd və sair iddialarla cinayət işi açılıb.

Samir Musayev
MİA.AZ